Cümə, 03 May

"Kiminsə mənimlə konflikti varsa..." - Zülfiyyə Xanbabayeva

image

Xalq artisti Zülfiyyə Xanbabeyeva "Səhərin gözü" verilişində səmimi etiraflar edib.

Xəbər verilir ki, o, valideynlərindən danışıb: "Valideynlərimin xeyir-duası olmadan heç nəyin nəticəsini görə bilməzdim".

Daim qara geyimə üstünlük verən xalq artisti ona irad bildirənlərə belə cavab verib: "Deyirlər ki, bəsdirin, nə qədər qara geyinirsiniz. Arıq da olsam yenə bu rəngdən əl çəkən deyiləm. Qara rəng mənim üçün heç vaxt çox deyil".

Zülfüyyə Xanbabayeva dostlarından da danışıb: "Həyatda kiminsə mənimlə konflikti varsa, onun necə lazımdırsa, cavabını verərəm. Zaman yavaş-yavaş ələyəcək, yaxşılar qalacaq, dost olmayanlar onsuz da özləri çıxıb gedəcəklər. Dostluq varsa, düşünmək lazım deyil ki, birinci addımı mən atım, yoxsa o. Danışa-danışa həll etmək lazımdır. Hazırda münasibətlər İnstaqram üzərindən qurulur. Üzr istəmək mənim üçün bir ərdəmlikdir. Qızıma deyirəm ki, "TikTok" sosial şəbəkəsinə keçsəm necə olar? Dəniz mənə təəccüblə baxdı".

Xalq artisti valideyn-uşaq münasibətinə toxunarkən deyib: "Uşaqlar valideynlə dost olmalıdır, amma yerli-yerində... Uşaqlar nədənsə çəkinməlidir. Mənim on yaş böyük bacım var, o hətta gələndə çəkinirəm. Atam mənə deyəndə ki, bizim vaxtımızda belə idi və sair. Əsəbləşirdim ki, sənin vaxtın gedib, indi mənim vaxtımdır".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15